"Tesla"nın robotu insana hücum edib
2023-12-27 14:40:26
Hurriyyet.az xəbər verir ki, Ostin şəhərinin yaxınlındakı "Giga Teksas" zavodunda "Tesla" şirkətinin robotu sıradan çıxaraq işçiyə hücum edib. Bu barədə "Deyli Meyl" nəşri məlumat verib. Qəzetin yazdığına görə, robot öz metal caynaqlarını əməkdaşın kürəyinə və əllərinə batıraraq qanlı iz qoyub.
"İki nəfər şahid maşının onların həmkarına necə hücum elədiyini dəhşət içərsində görüb. Maşın avtomobilin təzəcə əridilmiş alüminium detallarını çəngələyib qarışdırmalı idi". İnsidentin 2021-ci ildəki zədələnmələrlə bağlı hesabat zamanı aşkara çıxdığı qeyd edilib.
Hürr Tərcüman