"Təxribatlar Qarabağın tamamının nəzarətə alınmasını aktuallaşdırıb" - ELXAN ŞAHİNOĞLU
"Paşinyan "Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq" dedikdən sonra ardını gətirməyə qorxdu"
"Kişinyovda sülh sazişi imzalanmayacaq, bir neçə şifahi razılaşmanı əks etdirən ortaq bəyanatın qəbulu mümkündür". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq" dedikdən sonra ardını gətirməyə qorxdu və nəticədə yenə də təxribatların sayı artıb.
"Atlas" Araşdırmalar Mərkəzini rəhbəri hesab edir ki, təxribatlar Qarabağın tamamının nəzarətə alınmasını aktuallaşdırıb: "Prezident İlham Əliyevin Laçındakı çıxışında səsləndirdiyi tezislər buna xidmət edir. Qarabağda son mərhələmiz qalıb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az