📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Teymur Musayev məşhur direktoru işdən çıxardı

2021-09-02 17:45:00

Teymur Musayev məşhur direktoru işdən çıxardı

Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanı vəzifəsindən azad edib.

Hurriyyet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Teymur Musayevin müvafiq əmri ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsinə Famil Məmmədov təyin olunub.

Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.