📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Teymur Musayev Qırğızıstan Prezidentini qarşıladı

2026-05-17 20:25:05

Teymur Musayev Qırğızıstan Prezidentini qarşıladı

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.