Teymur Musayevə yeni vəzifə verildi
2026-11-12 16:39:37
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.
Hurriyyet.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, komissiyanın yeni sədri Baş nazirin müavini Teymur Musayev təyin olunub.
Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.
Xatırladaq ki, Teymur Musayev daha əvvəl səhiyyə naziri idi və ötən ay vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.