Təyyarə bu iyə görə təcili eniş etdi - TÜRKİYƏDƏ
2023-03-06 22:41:00
Türkiyə təyyarəsi inanılmaz səbəbə görə təcili eniş etdi.
Hurriyyet.Az xəbər verir ki, təyyarə səhər saatlarında İstanbuldan Barselonaya qalxıb. Amma havaya qalxandan bir saat sonra yük anbarındakı sensorlar kükürd iyinə reaksiya verib və kapitan təyyarəni geriyə qaytarmaq qərarına gəlib.
Təyyarə yerüstü xilasetmə xidmətlərinin müşayiətilə Türkiyə hava limanına qayıdıb. Onlar yükə baxış keçirdikdən sonra dözülməz qoxunun mənbəyini aşkar ediblər – onun Cənub-Şərqi Asiyadan gələn durian meyvəsi olduğu üzə çıxıb. Yeri gəlmişkən, onun xarakterik qoxusuna görə ictimai nəqliyyatda daşınması qadağandır.
KONKRET.az