Təyyarə çatışmazlığı səbəbindən Rusiya aviauçuşların üçdə ikisini Türkiyəyə verib
Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, təyyarə çatışmazlığı səbəbindən Rusiya ölkələr arasındakı aviauçuşların üçdən ikisini Türkiyəyə verib. Təyyarələrin çatışmazlığının səbəbi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ona qarşı qoyulmuş sanksiyalardır.
Nəşrin yazdığına görə, Rusiya turistlər qarşısındakı öhdəlikləri yerinə yetirmək üçün bu addımı atıb.
2021-ci ildə Türkiyə Rusiya turistləri üçün ən populyar xarici dövlət olub: il ərzində bu ölkəyə 4,7 milyon rusiyalı səfər edib. Hazırda Rusiya vətəndaşları əksər xarici ölkələrə gedə bilmirlər. Fevralın sonundan etibarən Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Avropa İttifaqı Rusiya təyyarələrinin öz hava məkanında uçmasını qadağan edib və lizinqlə verilmiş təyyarələrin geri qaytarılmasını tələb edib. Bu qərar səbəbindən Rusiya təyyarələri xaricdə həbs edilə bilərlər.
Rusiya da cavab olaraq öz hava məkanını Avropa İttifaqının üzünə bağlayıb.
Hürr Tərcüman