Təyyarə küçəyə düşdü, pilotlar həlak oldular
2022-04-25 17:50:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Bursa şəhərində, Yunuseli aeroportunun yaxınlığında birmotorlu təyyarə küçənin ortasına düşüb, evlərin arasında yanmağa başlayıb. İki pilot həlak olub.
Hadisə yerinə 20 yanğınsöndürən maşın və təcili yardım briqadaları gedib.
Bursa valisi Yakup Canpolat hadisə ilə bağlı deyib: “Mülki təlim təyyarəsinin qəzaya uğraması nəticəsində idarəçi pilot ilə tələbə pilot həlak olublar. Qəzanın texniki səbəbdən baş verdiyini güman edirik”.
Ətrafdakı 2 evdə və 2 avtomobildə zədələnmələr olub.
Hürr Tərcüman