Təyyarə qəzası — polislər həlak oldular
2025-04-25 11:36:28
Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, Tailandda baş vermiş təyyarə qəzası nəticəsində 6 nəfər polis əməkdaşı həlak olub.
Tailandın Ça-Am çimərliyindən 100 m məsafədə yüngülmatorlu təyyarə suya düşüb.
Polis təyyarəsi paraşüt təlimindən əvvəl yoxlama üçün uçuşa başlayıbmış.
Faktla bağlı araşdırma aparılır.
Hürr Tərcüman