📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təyyarə qəzası: 8 meyit tapıldı, Priqojin isə...

2023-08-23 22:03:52

Təyyarə qəzası: 8 meyit tapıldı, Priqojin isə...

Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi “Embraer Legacy” təyyarəsinin düşdüyü yerdə 8 meyit tapılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Meyitlərin kimlərə məxsus olduğu açıqlanmayıb.

FHN dəqiqləşdirib ki, göyərtədə 10 nəfər (3-ü ekipaj üzvüdür) olub. “Vaqner” rəhbəri Yevgeni Priqojinin də adı sərnişinlər siyahısındadır.