📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təyyarədə çəkilən bu FOTO aləmi qarışdırdı - Elə hərəkət etdi ki...

2026-11-09 14:52:51

Təyyarədə çəkilən bu FOTO aləmi qarışdırdı - Elə hərəkət etdi ki...

Antalya-İstanbul reysini həyata keçirən təyyarədə sərnişinin nümayiş etdirdiyi davranış sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hurriyyet.net  Türkiyə mətbuatına istinadla xəbər verir ki, sərnişinin oturacaqda arxaya söykənərək ayaqlarını yuxarı qaldırması insanların kəskin etirazına səbəb olub.

Sözügedən hadisə təyyarədə olan digər sərnişinlər tərəfindən qeydə alınıb.

Həmin görüntünün yayılmasından sonra sosial şəbəkələrdə çoxsaylı istifadəçilər sərnişinin davranışını tənqid ediblər. Bir çoxu bu hərəkəti ictimai məkanda davranış qaydalarına və digər sərnişinlərə hörmətsizlik kimi qiymətləndiriblər.