📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Təzə bazar"da partlayış: xəsarət alanlar var - Foto

2024-12-07 16:25:25

Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./axar.az/