📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik”

2026-08-26 22:36:40

“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik”

ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələrlə iqtisadi müharibənin kombinasiyasını effektiv adlandırıb.

Hurriyyet.media xəbər verir ki, bu açıqlamanı Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib.

“Biz Venesuelada uğur qazanmışıq və tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik. Mən İrana zərbələrin iqtisadi müharibə ilə birləşdirilməsini çox effektiv hesab edirəm”, - deyə Tramp bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, “iranlılar hiperinflyasiyadan əziyyət çəkirlər və onların iqtisadiyyatı gözlərimiz qarşısında çökür”.