📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tezliklə Moskvada prezident Putinlə görüşəcəyəm"-Almaniya kansleri Olaf Şoltsdan AÇIQLAMA

2022-02-03 11:00:00

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, yaxın vaxtda onun prezident Vladimir Putinlə Moskvada görüşü planlanır. "Mən tezliklə müzakirəsi zəruri olan mövzular barədə Moskvada Putinlə danışacağam", deyə Şolts Almaniyanın "ZDF" kanalına verdiyi müsahibədə bildirib. Bu barədə məlumatı TASS verib.
"Bu görüş planlaşdırılıb və yaxın zamanda baş tutacaq", deyə Almaniyanın kansleri əlavə edib. Amma kansler Moskva səfərinin vaxrını dəqiq bildirməyib.
Şolts qeyd edib ki, Avropa Birliyindəki müttəfiqləri və tərəfdaşları ilə Ukrayna məsələsində fəal əməkdaşlıq aparılır.
"Bizi demək olar ki, başqa heç nə narahat etmir. Əlbəttə ki, mən Rusiyanın prezidenti ilə də danışmışam. Biz zəruri olan hər şehyi sakitcə hazırlayırıq", deyən Aımaniya hökumətnin başçısı xatırladıb ki, tezliklə Vaşinqtona səfərə gedəcək.

Ülviyyə,Hurriyyet.az