Tezliklə sülh müqaviləsinin mətni Azərbaycana göndəriləcək - Qriqoryan
2023-02-14 16:33:00
Ermənistanda sülh müqaviləsinin mətni üzərində ciddi iş gedir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O qeyd edib ki, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Armen Qriqoryan bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb.
Ermənistan rəsminin sözlərinə görə, təkliflərdə Qarabağla bağlı maddələr də var. O əlavə edib ki, hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır.
Qeyd edəki, bu yaxınlarda Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana yeni təkliflər göndərib. (yenisabah)