“The Economist”: Ərdoğan “strateji muxtariyyət”i təbliğ edir
“The Economist”də Türkiyənin strateji muxtariyyətinin sərhədlərindən bəhs edən məqalə yayınlanıb. Məqalədən deyilir ki, Türkiyə uzun müddətdir ki, xarici siyasət portfelini şaxələndirməyə, Yaxın Şərq, Qafqaz, Afrika və Mərkəzi Asiya ilə yeni körpülər qurmağa və köhnə körpüləri bərpa etməyə çalışır.
“Ərdoğan “strateji muxtariyyət”i təbliğ edir. Bu, Türkiyənin öz yolunu tutması, Qərbdən asılılığını, xüsusən də müdafiədə azaldılması və müttəfiqləri ilə yalnız özünə xeyir verdiyi zaman əməkdaşlıq etməsi fikridir”, deyə prezident Ərdoğanın siyasi xəttinə toxnulur.
Həmçinin bildirlir ki, “Türkiyə Rusiya ilə ticarət dövriyyəsinin 2021-ci ildəki 34,7 milyard dollardan ötən il 56,5 milyard dollara yüksəlməsinə imkan verən Qərb sanksiyalarını tətbiq etməkdən imtina edib. Digər NATO üzvləri ümumi kursa sadiqdirlər, lakin Türkiyə öz mülahizəsinə görə hərəkət edir, alakart restoranda olduğu kimi özünə sərfəli olanı seçir. Türkiyə Rusiya ilə dostluq münasibətlərini qoruyaraq Ukraynanı bəzən gizli şəkildə pilotsuz təyyarələr və digər silahlarla təmin edib”. Maraqlıdır ki, “Türkiyə Qərblə əlaqələri kəsmək istəmir və BRİKS-ə qoşulmaq istəyi buna sübutdur”, deyə Ankaranın manevr sahəsinin genişləndirməsinə vurğu edilir:
“Qərb paytaxtları Türkiyənin BRİKS-ə üzv olmaq istəyinə qaşqabaqla baxa bilər, lakin onlar təşvişə düşmür”.
Məqalədə bildirlir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu addımın geosiyasi dönüşdən çox diqqət üçün çağırış olduğuna işarə edib: “Türkiyə Aİ-nin üzvü olsaydı, bəlkə də biz bunu axtarmazdıq”.
“Daha çox danışıq platforması olaraq qalan BRİKS-ə üzvlük NATO və ya Aİ-yə zəif alternativdir”, fikri ilə əslində bu qurumun o qədər də “dişli” olmadığı irəli sürülür..
“Rusiya NATO üzv dövlətinin BRİGS-də mövcudluğundan ehtiyatlana bilər və qrupun daha da aşınmasından ehtiyat edə bilər”, sözləri dolayısı ilə Türkiyəni bu təşkilata üzv olmağa o qədər ciddi olmadığını yaxud qeyri-səmimi niyyətlə yanaşdığını iddia edir.
Ülviyyə, Hurriyyet.az