The Guardian: “İran Rusiyanın ehtiyaclarını digər ölkələr vasitəsilə ödəyir”
“The Guardian” qəzeti dünən Ukrayna hökumətinin sənədinə istinadən yazıb ki, İran Rusiyanı Ukrayna müharibəsində istifadə etmək üçün birbaşa silahla təmin etməkdən uzaqlaşmağa çalışır.
Lakin qəzetin yazdığına görə, bu, İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təmin etməməsi mənasına gəlmir. İran hökuməti Qərb ölkələrinin sanksiyalarına məruz qalmamaq üçün Suriya və Tatarıstan vasitəsilə Rusiyaya dron və bir sıra silahlar göndərir.
Qəzet yazır ki, Rusiya ordusu son üç ayda İran istehsalı olan 600-ə yaxın dronla Ukrayna ərazisini hədəfə alıb.
Qeyd edək ki, İran silah istehsal xəttinin bir hissəsini Suriya və Tatarıstanda yerləşən zavodlara köçürməklə həm sanksiyalardan uzaqlaşmaq, həm də Rusiyanı silahla təmin etmək niyyətindədir.
Ülviyyə, Hurriyyet.az