📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

The Guardian: Ukrayna Krımı geri qaytarmaq üçün hərəkətə keçsə, Putin...

2022-12-15 15:34:00

The Guardian: Ukrayna Krımı geri qaytarmaq üçün hərəkətə keçsə, Putin...

Böyük Britaniyanın "The Guardian" nəşri iddia edib ki, Ukrayna Krımı ələ keçirmək üçün hərəkətə keçsə, Putin nüvə silahından istifadə edəcək.
“Tarixi və etnik baxımdan Krım Ukraynanın qalan hissəsindən fərqlidir... Krımın qorunub saxlanması Putin üçün o qədər dəyərlidir ki, əgər o, Krımın əlindən çıxdığını hiss etsə, orada taktiki nüvə silahı yerləşdirmək təşəbbüsü ilə hərəkət edə bilər”, deyə "The Guardian" yazır.
Böyük Britaniyanın keçmiş baş naziri, Zelenskinin yaxın müttəfiqi hesab edilən Boris Conson isə beıə bir təəccüblü bəyanatla çıxış edib ki, Rusiya qoşunları fevralın 24-dək işğal etdikləri Ukraynada ərazilərinə çəkilsələr, bu Ukrayna ilə Rusiya arasında danışıqların bərpası üçün əsas olacaq. 
Lakin bəyanatda o nəzərdə tutulur ki, Ukrayna Rusiya qoşunlarının Krımdan çıxarılmasının danışıqlara başlamaq üçün ilkin şərt olmayacağını qəbul etməli olacaq.

Ülviyyə, Hurriyyet.az