📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“The Jewish Press”: İsrailli siyasətçi Qarabağdakı ekoaksiyaçıları dəstəklədi

2023-03-07 10:23:00

“The Jewish Press”: İsrailli siyasətçi Qarabağdakı ekoaksiyaçıları dəstəklədi

ABŞ-ın ən böyük yəhudi həftəlik nəşri olan “The Jewish Press”in saytında azərbaycanlı ekoloji fəalların Qarabağda Laçın yolunda apardıqları dinc aksiyanı dəstəkləyən məqalə dərc olunub. İsrailin keçmiş rabitə naziri Ayoob Kara etirazçılarla həmrəy olduğunu bildirib və Azərbaycanın Ermənistana qarşı arbitraj iddiasını dəstəkləyib.
“Bəzi insanlar, məsələn, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri kimi, işğalçının Ermənistan olduğunu dərk etməkdən imtina edirlər. Onlar Azərbaycanı Laçın yolunda etiraz aksiyaları təşkil etməkdə ittiham edir, bunu “humanitar fəlakət”, hətta “soyqırım” adlandırırlar. Holokostdan sağ çıxanlar arasında böyümüş bir insan üçün bu etirazları belə adlandırmaq ciddi təhqirdir”.
Keçmiş nazir həmçinin qeyd edib ki, İsrail Azərbaycanın müttəfiqi kimi arbitraj işində onu müdafiə etməli və onunla həmrəy olmalı, həmçinin “Laçın yoluyla bağlı baş verənlərin çox yanlış olduğunu Qərbə açıq şəkildə çatdırmalıdır".

P.S. Təşəkkürlər hörmətli Ayoob Kara...

Ülviyyə, Hurriyyet.az