“The Wall Street Journal”: Amerika SEPAH-ın təyyarəsi ilə bağlı insidentə görə Argentinanı cəzalandırmalıdır
2022-07-20 12:56:00
Argentina müxalifəti hökumətin çox güman ki, təyyarədəki iranlılar, venesuelalılar və onların getdikləri yerlər barədə məlumatlı olduğunu iddia edib.
“Wall Street Journal” qəzeti məqaləsində Argentinaya eniş edən İran-Venesuela təyyarəsi məsələsini araşdıraraq yazıb ki, Buenos-Ayres bu "şübhəli təyyarə" ilə bağlı aydın izahat verməyə hazır olana qədər, Amerika Argentina hökumətinə kreditlərin verilməsi ilə bağlı əməkdaşlıqdan imtina etməlidir.
Qəzetin yazdığına görə, SEPAH-ın Qüds Qüvvələri və Venesuelanın təhlükəsizlik orqanı ilə bağlı təyyarə məsələsi Argentina hökuməti tərəfindən deyil, müxalifət tərəfindən ifşa edilib.
Ülviyyə, Hurriyyet.az