"The Wall Street Journal" nəşrindən İDDİA: İran beynəlxalq agentliyin gizli sənədlərindən istifadə edərək öz nüvə fəaliyyətini gizlədib
2022-05-26 14:21:00
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin gizli sənədlərindən istifadə edərək özünün atom fəaliyyətlərini məxfiləşdirib. Bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Qəzetin iddiasına görə, İran bu addımı nüvə araşdırmalarından yayınmaq üçün atıb. Məlumatda qeyd olunub ki, İran təxminən 20 il əvvəl əldə etdiyi bu hesabatlardan nüvə silahı ilə bağlı şübhəli fəaliyyətlərini gizləmək üçün istifadə edib.
Sözügedən sənədlərin 2018-ci ilin yanvarında İsrailin kəşfiyyat xidmətinin (Mossad) Tehrandakı arxivlərdən birində keçirdiyi əməliyyat zamanı ələ keçirildiyi bildirilib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və İran hökuməti hələlik bu məlumata heç bir münasibət bildirməyiblər.
Ülviyyə, Hurriyyet.az