"The Washington Post": ABŞ Çin üçün "PUA Cəhənnəmi" yaradacaq
2024-06-11 10:10:01
Birləşmiş Ştatlar 2027-ci ilə qədər Tayvana "hücum" olacağı təqdirdə Çin üçün "PUA cəhənnəmi" yaratmaq niyyətindədir. Bunu ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Paparo "The Washington Post"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Çin donanması Tayvan yaxınlığındakı 100 millik zonanı keçərsə, ABŞ minlərlə drondan, o cümlədən sualtı təyyarələrdən istifadə etməyə hazırdır.
Ülviyyə, Hurriyyet.az