📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"The Washington Post": "Kursk əməliyyatı istənilən nəticəni vermədi. Zelenski danışıqlara hazırdır"

2024-10-11 17:51:59

Hurriyyet.az xəbər verir ki, "Vaşinqton Post" qəzetinin iddiasına görə, Ukraynanın mövqelərinin zəifləməsi fonunda ölkə Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların keçirilməsinə razılaşmağa başlayıb.
Qəzet yazır: "Kiyevdəki Qərb diplomatları Zelenskinin Rusiya ilə danışıqlara başlamağa daha açıq olduğunu hiss ediblər. Baxmayaraq ki, Rusiya hərbçiləri Ukrayna ərazilərinin 20%-dən çoxunu ələ keçiriblər və çətin ki, torpaqların hansısa hissəsini güzəştə getsinlər". 
Yazı müəllifləri Zelenskinin Ukrayna ilə bağlı növbəti sammitə Rusiyanı da dəvət edəcəyi barəsində dediklərini sitat gətiriblər.
Məqalədə deyilir: "Zelenski müharibənin Ukraynanın şərtləri daxilində başa çatmasının mühümlüyü üzərində təkid edir. Lakin son il ərzində onun mövqeləri zəifləyib. Çünki Rusiya döyüş meydanındakı mövqelərini möhkəmləndirib".
Qəzet Kiyevin Kursk vilayətindəki uğursuzluqlarına xüsusi diqqət yetirib. "Orada da irəliləyiş dayanıb. Bundan savayı, əməliyyat Rusiya qüvvələrini Ukraynanın şərq cəbhəsindən yayındıra bilmədi - ukraynalı məmurlar isə buna ümid bağlamışdılar... Analitiklər yaxın aylarda itkilərin daha da artacağını proqnozlaşdırırlar".
Hürr Tərcüman