📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tibb tarixində ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

2026-06-16 16:13:13

Tibb tarixində ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Türkiyədə tibb tarixində ilk dəfə səkkiz istiqamətli çarpaz qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Hurriyyet.info  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu açıqlayıb.

Nazir bildirib ki, əməliyyat İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda professor Sezai Yılmaz və onun komandası tərəfindən icra olunub. O, bu uğuru tibb sahəsində mühüm mərhələ kimi qiymətləndirib.

Qeyd edək ki, Türkiyədə hər il təxminən 1800 qaraciyər transplantasiyası həyata keçirilir və onların 300-dən çoxu sözügedən institutun payına düşür.