📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ticarət mərkəzi çökdü, 6 ölü

2024-02-27 23:06:00

Ticarət mərkəzi çökdü, 6 ölü

Nigeriyada gözlənilmədən çökən ticarət mərkəzinin dağıntıları altında ən azı 6 nəfər həlak olub. 

Hurriyyet.az “TASS”a istinadən xəbər verir ki, Onitşa şəhərində (ölkənin cənub-şərqindəki Anambra ştatı) tikilməkdə olan bina uçub.

Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, hadisə yerində dağıntılar təmizlənir. Xilasedicilər beton konstruksiyaların dağıntıları altında sağ qalanları axtarırlar. Zərərçəkənlər xəstəxanalara göndərilib.