📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tiflis platforması sülh danışıqları üçün zəruri məkana çevrilə bilər" - ƏKRƏM BƏYDƏMİRLİ

2023-10-12 14:11:57

"Rusiya və Fransanın Cənubi Qafqazda olması Azərbaycanın strateji maraqlarına cavab vermir"

"Bu gün Makron Fransasının məqsədi ermənilərdən alət istifadə edərək regiona soxulmaqdır. Xoş məramdan xəbər verməyən, yalnız erməni maraqlarını üstün tutan Fransanın belə siyasəti ədalətli sülhə, sabitliyə xidmət etmədiyi aydın görünür". Hurriyyet.az xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib.

O bildirib ki, Rusiyanın isə hədəfi bütün məkrli planlarını işə salaraq Cənubi Qafqazdan çıxmamaqdır: "Reallıq budur ki, bu iki dövlətin regionda olması bizim strateji maraqlarımıza cavab vermir. O baxımdan, bölgədə davamlı sülhə, inkişafa nail olmaq və erməniləri qandırmaq üçün Gürcüstanın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq effektli olar. Bu baxımdan, Tiflis platformasının işə düşməsi məqbul variantdır. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda ötən həftə səfərdə olarkən rəsmi Tiflisin sülh danışıqlarına verəcəyi töhfədən danışmışdı. Qonşu ölkə rəsmilərinin də bu məsələdə maraqlı olduqları bəllidir. Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə töhfə verə bilər".

Əkrəm Bəydəmirli hesab edir ki, erməni separatizminin mahiyyətini kifayət qədər dərk edən və ümumilikdə separatizmdən ciddi əziyyət çəkən gürcü xalqının regionda barışa, iqtisadi əməkdaşlığın dərinləşməsinə dəstək olması üçün imkanlar yaranıb: "Düşünmək olar ki, bu imkanlardan yararlanıb Cənubi Qafqaz regionunu barıt çəlləyinə deyil, sülh məkanına çevirmək mümkündür. Nəhayət, ermənilər qanmalıdır ki, regionda sülhün yaradılması, kommunikasiya xəttlərinin açılışı Ermənistanın xilası ola bilər. Onu da unutmaq olmaz ki, Tiflis platforması hər üç Cənubi Qafqaz ölkəsinin strateji maraqlarına cavab verən mühüm vasitədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az