Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı
2026-11-13 14:12:15
“3600-dən çox məktəb tikilib və əsaslı təmir edilib”.
Hurriyyet.net xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“1.3 milyondan çox təhsil və təlim şagirdimizin şəraiti yaxşılaşdırılıb. Mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. Ümid edirik ki, 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemimiz qalmayacaq”, - deyə nazir müavini qeyd edib.