📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tikintiyə icazə ilə bağlı qaydalarda dəyişiklik edildi - QƏRAR

2026-01-27 20:27:55

Tikintiyə icazə ilə bağlı qaydalarda dəyişiklik edildi - QƏRAR

Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallarda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.

İndiyə qədər bu proses 3 iş günü müddətində nəzərdə tutulurdu.