📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar? - Açıqlama

2022-08-26 10:48:00

TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar? - Açıqlama

Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub.

Bildirilib ki, məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.

Hurriyyet.az xəbər verir ki, olay.az həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:

"6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır".

B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:

"İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım".