📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“TikTok isə təhlükəli bir şeydir”

2026-11-27 11:07:21

“TikTok isə təhlükəli bir şeydir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok-u beyni məhv edən sosial şəbəkə kimi xarakterizə edib.

Hurriyyet.net xəbər verir ki, o bu fikirləri Moskvada keçirilən “AI Journey” konfransından sonra səsləndirib.

“Bu gün hamı smartfondan istifadə edir, lakin nədənsə insanlar elə düşünürlər ki, o, yalnız zəng etmək, mesajlaşmaq, bəzən film izləmək... və ya TikTok-dan istifadə etmək üçündür. TikTok isə təhlükəli bir şeydir. O insan beynini, xüsusilə də gənclərin beynini məhv edir”, - deyə o bildirib.