“TikTok” qadağan edildi
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ Senatı “milli təhlükəsizlik narahatlığı” səbəbi ilə federal hökumət işçilərinin dövlətə məxsus cihazlara “TikTok” proqramını endirməsini qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.
Senatın Baş Assambleyası “Dövlət cihazlarında “TikTok”a yox qanunu” adlı layihə səsverməyə qoyulub və bütün senatorlar qanunun lehinə səs veriblər.
Layihənin qanuniləşdirilməsi üçün əvvəlcə Nümayəndələr Palatasında qəbul edilməsi, ardından ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanması lazımdır.
Amerikalı siyasətçilər və kəşfiyyat xidmətləri Pekində yerləşən “ByteDance Ltd” şirkəti tərəfindən hazırlanmış proqramdakı şəxsi məlumatların Çin hökumətinə verildiyini və bunun da milli təhlükəsizliklə bağlı narahatlıq doğurduğunu bildirirlər.
“TikTok” rəhbərliyi isə məlumatların qətiyyən Çin hökumətinə verilmədiyini və hökumətin də onlardan belə bir şey tələb eləmədiklərini bəyan edib.
Hürr Tərcüman