“TikTok”da xəmir yoğurarkən öldü
2026-11-03 20:15:33
Bakıda qadın “TikTok”da canlı yayım zamanı dünyasını dəyişib.
Hurriyyet.net Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 53 yaşlı S.T. “TikTok”da canlı yayımda xəmir yoğurub. Bu zaman o, yaşadığı evdə qəfil ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.