📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var

2026-08-12 11:11:23

TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yevlax - Zaqatala - Gürcüstan sərhəd magistral yolunun rayonun Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan Türkiyəyə məxsus TIR yük avtomobili  ilə Zaqatala rayon sakininin idarə etdiyi “Chevrolet Niva” markalı minik avtomobil toqquşub.

Hadisə zamanı “Chevrolet Niva” markalı avtomobildə olan iki nəfər - rayonun Yengiyan kənd sakini, 32 yaşlı Məhəmməd Mahmudov və Höytala kənd sakini, 58 yaşlı Şamil Dadayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.