📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Titanik” tamamilə yox olur

2022-04-02 14:45:00

“Titanik” tamamilə yox olur

1912-ci ildə Atlantik okeanında batan “Titatik” gəmisinin qalıqları tamamilə yox ola bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, okeanın təxminən 4 min metr dərinliyində olan gəmidən yaxın 10 il ərzində əsər-əlamət qalmaya bilər.

Gəminin əsasını təşkil edən dəmir skelet sualtı orqanizmlər tərəfindən yeyilir. Məhv olmaq üzrə olan dəmirlər yavaş-yavaş əriyir və dəniz axınları ilə daşınır.

Qeyd edək ki, “Titanik” alimləri cəlb edən böyük bir ekosistemə sahibdir.