Tofiq Əliyev Avropa çempionatında gümüş medal qazanıb
2026-04-12 21:23:43
Azərbaycan gimnastı Tofiq Əliyev Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Hurriyyet.az "Report"a istinadən xəbər verir ki, tamblinqçi yarışda ikinci yeri tutub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan tamblinqçiləri komanda hesabında gümüş mükafata sahib çıxıblar.