📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tofiq Yaqublu saxlanıldı

2023-12-14 19:21:08

Tofiq Yaqublu saxlanıldı

Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Tofiq Yaqublu Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda evində axtarış aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, Tofiq Yaqublu Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.