📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tofiq Yaqubludan Əli Kərimli haqda ŞOK İTTİHAMLAR

2022-04-26 10:14:00

Tofiq Yaqubludan Əli Kərimli haqda ŞOK İTTİHAMLAR

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqında şok ittihamları özündə əks etdirən səsyazısı yayılıb.
 

Hurriyyet.az-ın Pravda.az-a istinadən xəbərinə görə, T.Yaqublu səsyazısında bildirib ki, Əli Kərimli özü Elçibəy Hakimiyyətinin devrilməsinin qərarını hazırlamış adamdır. O, eyni zamanda Gültəkin Hacıbəyli ilə bağlı da narazılıqlarını bildirir.

Baş verən bu hadisələr göstərir ki, müxalifətin radikal qanadı kimi tanınan qrupun daxilində inamsızlıq və ümidsizlik hökm sürür. Buradakı səsyazısı əslində, müxalifət düşərgəsinin iç durumu ilə bağlı bir növ yol xəritəsidir. Görünən budur ki, artıq ard-arda uğursuzluqla üzləşən müxalifət nümayəndələri günahı bir-birilərində axtarır, ünvanlarına bu cür ittihamlar səsləndirirlər.
 
Həmin səsyazısını təqdim edirik: