📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

2024-04-06 11:49:06

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.