📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toğrul Allahverdili: “İran özünü yığışdırmalıdır”

2022-10-24 21:14:00

Toğrul Allahverdili: “İran özünü yığışdırmalıdır”

“30 il idi ki, torpaqlarımız işğal altında idi. Bu işğal dönəmində bir dəfə də olsun İranın nə hərbi, nə də dini liderləri Azərbaycanın xeyrinə açıqlama vermədilər. 30 ildə susan İran nədənsə, iki il ərzində aktivləşməyə başlayıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi molla-xunta rejimini narahat etməyə başlayıb. Mən bunlara İran hakimiyyəti deməzdim, bunlar sırf molla-xunta rejimidir”. 

Hurriyyet.Az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında İnterpress.az xəbər portalının baş redaktoru, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib. QHT sədri əlavə edib ki, bu rejim Azərbaycan torpaqlarının işğaldan azad edilməsiylə öz biznesini əldən çıxartdı. 

“İran illərdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən tranzit yol kimi istifadə edərək, dünyaya öz narkotik və silahların qanunsuz satışı ilə məşğul olurdu. Bu, İranın əsas narahatlıqlarından biridir. İkinci variant isə odur ki, Azərbaycan xalqı, Azərbaycan milləti öz torpaqlarını işğaldan azad etdi. İran nədən narahatdır? Çünki o dövlət tarixi Azərbaycan torpaqlarında yerləşir. İranın bəzi siyasi dairələri, özünə dini xadim deyənlər, özünə hansısa imam cümə deyən belə səviyyəsiz şəxslər durmadan, dayanmadan Azərbaycan dövləti, rəhbərliyi adına təhqirəramiz, sərsəm ifadələr işlədirlər. Təbii ki, bunlar cavabsız qalmır. Yetərincə, Azərbaycanın bunlara cavab verəcək ictimai, siyasi xadimləri var və cavabları verilir. Ancaq son dönəmlər isə bunlar daha aktivləşiblər. Ölkə rəhbərimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qardaş Türkiyə  prezidenti Ərdoğanın Zəngilanda Hava Limanını istifadəyə verildikdən sonra bunlar daha da aktivləşiblər. Bunlar olmayan ifadələr ünvanımıza səsləndirirlər. Tələm-tələsik mal tövləsinə bənzər Ermənistanda İran Konsulluğunun açılması İranın artıq özünü itirməsinin bariz nümunəsi idi. Azərbaycan nə olursa-olsun İrana bunun cavabını verir. İstər siyasi dairələrdə, istər ictimai şəxslər tərəfindən verilir". 

“İran unutmamalıdır ki, orada 50 milyondan çox Azərbaycan türkləri yaşayır. Bu, Azərbaycan türkləri istənilən an ayağa qalxıb, İran rejimini devirməyə qadirdir. Bunlar bizlə necə təsir vasitəsilə danışırlarsa, biz də onlarla  təsir vasitəsilə danışmalıyıq. Mən açıq ictimai fəaliyyətlə məşğul olan şəxs kimi, bir vətəndaş kimi açıq-aşkar deyirəm ki, İran özünü yığışdırmalıdır! İran özünü yığışdırmasa, buradakı 10 milyon Azərbaycan xalqının onlara çağırışı yetərlidir ki, orada 50 milyonluq xalq ayağa qalxsın və molla-xunta rejimini devirsin. İki gün bundan öncə İranın jurnalisti bilmirəm narkotik vasitələrinin təsiri altında olub, nə olub deyə bilmərəm, Naxçıvanla bağlı açıqlama verib. Bu sarsağa deyən lazımdır ki, Naxçıvanı qoy bir kənara, sənin özün fəaliyyət göstərdiyin, yaşadığın torpaq tarixi Azərbaycan torpağıdır, Cənubi Azərbaycandır! Sən kimsən ki, Naxçıvanla bağlı belə bir açıqlama verirsən. Naxçıvan bizim həssas nöqtəmizdir və biz türklərin torpağına əl uzadanın, dil uzadanın dilini, əlini kəsərik. Ay sarsaq sən kimsən? Sən yaşadığın bir torpağa bax!”, - deyə o, qeyd edib. 

“Vaxt gələcək və mən buna əminəm ki, orada böyük, ikinci müstəqil Azərbaycan dövləti yaranacaq. İkinci Türk dövləti yaranacaq və biz birləşəcəyik. Mənim buna ümidim var. İllər öncə Qarabağın azadlığını deyərkən bəzi “5-ci kolon”un nümayəndələri buna  inanmırdılar. Buna ironiya ilə yanaşırdılar. Amma, əmin olun ki, vaxt gələcək, tezliklə Güney Azərbaycan müstəqil olacaq. Bunların narahatlığı da bundadır. Bunlar türk birliyinin olmasında qorxurlar, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından qorxurlar. İlham Əliyevin qətiyyətli lider olmasından qorxurlar!.İlham Əliyevin “Dəmir Yumruğ”undan qorxurlar. Ancaq bunlar bilsinlər ki, “Dəmir Yumruq” Azərbaycana təhdid dilinlə danışan hansı ölkə olursa-olsun onun başını əzməyə, onun başına dəyməyə qadirdir!”.

Aynurə