📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Töhmət verilən müəllimə direktor təyin olundu – GÖRANBOY TƏHSİLİNDƏ ANORMAL VƏZİYYƏT

2021-10-04 14:15:00

Töhmət verilən müəllimə direktor təyin olundu – GÖRANBOY TƏHSİLİNDƏ ANORMAL VƏZİYYƏT

Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“2019-cu ilin fevral ayında Təhsil Nazirliyinin nəzarəti ilə Goranboy Rayon Təhsil Şöbəsinin əməkdaşları Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində yoxlamalar apardılar. Bu yoxlamaların nəticəsi əsasında məktəbin təşlilatçı müavini Həvayət Həsənova vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün barəsində rəsmi olaraq TÖHMƏT elan olundu. Həvayət Həsənova bu məktəbin direktoru Qabil Həsənovla əlbir olaraq, qanunsuzluqlara, saxtakarlıqlara, nöqsanlara yol vermişdilər. Buna görə direktor Qabil Həsənov vəzifəsindən uzaqlaşdırılıb, Həvayət Həsənova bu məktəbə Goranboy Rayon Təhsil Şöbəsinə yeni müdür vəzifəsinə təyin olunmuş Seymur Nazarov tərəfindən 2021-ci ilin sentyabr ayında direktor vəzifəsinə təyin edilib.

TÖHMƏTİ alan, direktorla əlbir olub saxtakarlıqlar edən Həvayət Həsənovanın direktor vəzifəsinə təyin edilməsi nə dərəcədə qanunauyğundur?

Həvayət Həsənova şəxsi vatsap nömrəsi ilə yazaraq göndərib ki, məndən 2019-cu ilin fevral ayında Facebook sosial şəbəkəsi vasitəsilə şikayətlər etdin, buna görə borca düşdüm, çoxlu pulum çıxdı. Yəni Həvayət Həsənova demək istəyir ki, 2019-cu ilin fevral ayında TÖHMƏT almağıma baxmayaraq pulumu verdim, müavin vəzifəsində saxlanıldım.

Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 2 saylı tam orta məktəbdə 2009/2010; 2010/2011-ci tədris illərində bu məktəbin direktoru Eldar Hümbətov və direktorun təlim-tərbiyə işləri üzrə müavini İradə Həsənova qanunsuz olaraq sinif komplekti açaraq, müəllimlər təyin etmişlər, adlarına saxta əməkhaqqı cədvəllərinə kimi təşkil etmişlər. Bu sinfə təyin etdikləri müəllimlərin bir neçəsi Rusiya Federasiyasında olublar. Sinifdə dərs deyən müəllimlərdən biri hal-hazırda Goranboy Rayon Təhsil Şöbəsinə müdür vəzifəsində çalışan Seymur Nazarov olub.

Bu məktəbdə ÜM-1 hesabat formasında 358 nəfər şagirdin olduğuna baxmayaraq, qanuni sinif jurnalları üzrə şagirdlərin siyahısı 340 nəfər müəyyən edilmişdi. Qeyd etdiyim bu nöqsanlara və digər saxtakarlıqlara görə İradə Həsənova vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsindən azad olunmuşdur. Məktəbin ƏMR kitabında var: 16.01.2012-ci il, Pedaqoji Şuranı kitabında da var: Protokol N-4.

Bu qərarla çıxan İradə Həsənovanı nə səbəbə bu məktəbə director vəzifəsinə təyin ediblər?

Təhsil naziri cənab Emin Əmrullayev bu məsələlərdən xəbərdardımı və nə səbəbə imkan verir ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarov Həsənova bacılarına yüksək vəzifə versin?

Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunub. O, bu rayonun təhsil sistemində dəyişiklik edərək, sağlam kadrlar seçib vəzifələrə təyin etmək əvəzinə, bəzi yarıtmaz kadrları başına toplayaraq millətin gələcəyi olan təhsili məhvə aparır.

Nəzərinizə çatdırıram ki, yuxarıda qeyd etdiyim nöqsanların hər biri haqqında sənədlər, sübutlar var, həmin sənədləri Sizlərə təqdim edə bilərəm.

İnanıram ki, nəzarətinizlə obyektiv araşdırılma aparılacaq, günahı olanlar layiqli cəzalarını alacaqlar”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.