📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev Azərbaycan Prezidentini təbrik edib: "Ölkəniz inkişafın yeni dövrünə qədəm qoyur"

2023-11-03 11:37:20

Tokayev Azərbaycan Prezidentini təbrik edib:

Hurriyyet.az “Akorda” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının 10-cu sammitində iştirak eləmək üçün Astanada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması münasibəti ilə təbrik edib.

Qazaxıstan Prezidenti deyib: “Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibəti ilə təbrik edirəm! Sizin ölkəniz öz ərazi bütövlüyünü tam bərpa edib və inkişafın yeni dövrünə qədəm qoyub. Bu, tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT-nin qətnamələrinə müvafiq şəkildə həyata keçirilib”.

Hürr Tərcüman