📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev Bakı ilə İrəvanın Astanada danışıqlar aparmasını təklif edib

2024-04-15 12:23:34

Tokayev Bakı ilə İrəvanın Astanada danışıqlar aparmasını təklif edib

Ermənistanı "qardaş ölkə" adlandırdı

Hurriyyet.az xəbər verir ki, Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazir Nikol Paşinyanla birgə mətbuat konfransındakı çıxışı zamanı Astananın İrəvanla Bakının sülh danışıqları meydanına çevrilməyə hazır olduğunu bildirib.
Tokayev deyib: "Qazaxıstan xoşməramlı səfir rolunu üzərinə götürməyə və tərəflər üçün danışıqlar meydanı verməyə hazırdır. Əsas vəzifəmiz - bizə qardaş ölkələri yaxınlaşdırmaq, regionda, sülhə sabit inkişafa və sarsılmaz mehriban qonşuluq münasibətlərinə yol açmaqdır".
Hürr Tərcüman