📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev Ermənistanla bağlı qanunu imzalayıb

2025-10-15 17:24:26

Tokayev Ermənistanla bağlı qanunu imzalayıb

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla Qazaxıstan arasında vətəndaşların gediş-gəlişi haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.
Qanun əvvəlcə Senat tərəfindən təsdiqlənib. Müqavilə hər iki ölkənin vətəndaşlarına sərhədi keçdiyi andan 90 günədək bərabər şərtlərlə digər ölkənin ərazisinə daxil olmaq, çıxmaq və orada qalmaq imkanı verir. Müvəqqəti yaşayan vətəndaşlar 30 təqvim günü ərzində olduqları ölkənin səlahiyyətli orqanlarında məcburi qeydiyyatdan azad edilirlər.
Hürr Tərcüman