📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev hökuməti istefaya göndərib

2026-08-28 12:56:50

Tokayev hökuməti istefaya göndərib

Qazaxıstanda hökumət istefaya göndərilib.

Hurriyyet.media  xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən Qazaxıstan hökumətinin üzvləri Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, avqustun 23-də Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya seçkilər keçirilib.