📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev İranın qonşu ölkələrə hücumlardan imtina etmək qərarını alqışlayır

2026-03-07 15:38:01

Tokayev İranın qonşu ölkələrə hücumlardan imtina etmək qərarını alqışlayır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə hücumlardan imtina etmək qərarı barədə bildirdiyi bəyanatını alqışlayır.

Hurriyyet.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyar yazıb.

"Dövlət başçısı Kasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə hücumlardan imtina etmək qərarı barədə bildirdiyi bəyanatını alqışlayır. Qazaxıstan Prezidenti bu qərarı Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş mühüm tədbir hesab edir", - məlumatda bildirilib.