📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tokayev, Japarov, Mirziyoyev, Berdiməhəmmədov, Rəhmon və Paşinyan Putinin vassalı olduqlarını göstərdilər" - XAQANİ CƏFƏRLİ

2023-05-10 13:37:00

"Kiyev Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan liderlərinin Putin və Lukaşenko ilə birlikdə bir tədbirdə iştirak etməsini Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addım, Ukrayna xalqına hörmətsizliyin təzahürü kimi qiymətləndirib"

"Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs orderi çıxardığı hərbi cinayətkar Vladimir Putin vassal hesab etdiyi Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Sadır Japarov, Şavkat Mirziyoyev, Serdar Berdiməhəmmədov, Emoməli Rəhmon və Nikol Paşinyanın iştirakı ilə İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ildönümünə həsr olunmuş hərbi parad keçirdiyi halda Ukrayna prezidenti Vladimir Zelenski Core Group (Əsas Qrup) platformasında təmsil olunan ölkələrinin liderlərinin onlayn sammitində Ukraynaya qarşı təcavüz cinayətinə həsr olunmuş xüsusi tribunalın yaradılmasını müzakirə edib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter-də yazıb ki, sammitin bütün 37 iştirakçısı Rusiyanın ali rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətlərinə görə məsuliyyətə cəlb etmək əzmində olduqlarını təsdiqləyiblər: "Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan liderlərinin hərbi cinayətkar Vladimir Putinlə və Belarusda hakimiyyəti qəsb etmiş Aleksandr Lukaşenko ilə birlikdə bir tədbirdə iştirak etməsini Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addım, Ukrayna xalqına hörmətsizliyin təzahürü kimi qiymətləndirib. Çağdaş dünyanın siması olan dövlətlər Rusiyanın Ukraynadakı cinayətlərini mühakimə edəcək tribunalın yaradılmasına çalışdığı bir zamanda, özlərini müstəqil dövlətin liderləri hesab edən Kasım-Jomart Tokayev, Sadır Japarov, Şavkat Mirziyoyev, Serdar Berdiməhəmmədov, Emoməli Rəhmon və Nikol Paşinyan faktiki olaraq beynəlxalq axtarışda olan bir hərbi cinayətkarın vassalı olduqlarını göstərməkdən çəkinməmələri postsovet məkanında hökm sürən siyasi əhval-ruhiyyəni göstərir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az