📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev KTMT sülhməramlılarının gedəcəyi tarixi açıqladı – 10 gün çəkməyəcək

2022-01-11 10:14:00

Tokayev KTMT sülhməramlılarının gedəcəyi tarixi açıqladı – 10 gün çəkməyəcək

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev  KTMT sülhməramlılarının Qazaxıstanı nə vaxt tərk edəcəkləri barəsində açıqlama verib. Onun sözlərinə görə, KTMT hərbçilərinin ölkədən mərhələli çıxışı iki gündən sonra başlanacaq və 10 gündən artıq vaxt aparmayacaq. Tokayev deyib: “KTMT-nin sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. İki gündən sonra KTMT-nin birləşmiş sülhməramlı kontingentinin mərhələli çıxışı başlanacaq. Kontingentin çıxarılması 10 gündən çox çəkməyəcək”.

Hürr Tərcüman