📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev: "Paşinyanla "saatlarımızı nizamladıq"

2024-04-15 16:59:09

Tokayev:

"Qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpaqlarını xüsusi duyğularla gəzirəm"


Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özünün Ermənistana ilk rəsmi səfərini yüksək qiymətləndirdiyini bildirib. Tokayev deyib: "Ermənistan Qazaxıstan üçün mühüm tərəfdaşdır. Qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpaqlarını xüsusi duyğularla gəzirəm".
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanla danışıqlar zamanı ikitərəfli gündəliyin ətraflı və məhsuldar müzakirəsi aparılıb.
Tokayev deyib: "Sözsüz ki, əsas nəticə qazax-erməni münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı səyin təsdiqlənməsi oldu. Mühüm razılaşmalar əldə elədik, Qazaxıstanla Ermənistan arasında çoxtərəfli münasibətlərin getdikcə dərinləşməsi üçün planlar qurduq. Həmçinin, beynəlxalq və regional gündəlikdə duran məsələlərlə bağlı "saatlarımızı nizamladıq".
Qeyd edək ki, siyasətdə "saatları bir qurmaq" ifadəsi eyni istiqamətə yönəlməyi razılaşdırmaq mənasını verir.
Hürr Tərcüman