📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb

2026-08-23 15:51:38

Tokayev prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi və həmin seçkilərin nə vaxt keçiriləcəyi barədə danışmağın hələ tez olduğunu bildirib.

Hurriyyet.media Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bunu Qurultaya deputat seçkilərində səs verdikdən sonra keçirilən brifinqdə deyib.

O, Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq yenidən prezident seçilmək üçün qanuni hüquqa malik olduğunu təsdiqləyib.

Dövlət başçısı əlavə edib ki, ola bilsin, gələn il bu suala daha konkret cavab verə biləcək.