📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayev Putin ilə KTMT-yə təşəkkürünü bildirdi – Qazaxıstana hərbi müdaxiləyə görə

2022-01-07 13:40:00

Tokayev Putin ilə KTMT-yə təşəkkürünü bildirdi – Qazaxıstana hərbi müdaxiləyə görə

Hurriyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev sülhməramlıların ölkəsinə yeridilməsi müraciətinə operativ cavab verildiyi üçün Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Tokayev onu dəstəklədiyi üçün KTMT ölkələrinin rəhbərlərinə də təşəkkürünü bildirib.

Bəlli olduğu kimi, Rusiya ilə Qazaxıstanla yanaşı, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdürlər.

Hürr Tərcüman